17 yaşlı qızın ana olması ilə bağlı məsələ nəzarətə götürüldü 

18:18 29.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Ağdam rayonunda yaşayan 17 yaşlı qızın ana olması məsələsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.


15:26

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.